Asəf Zamir Netanyahuya cavab olaraq istefa verib
    • 27-03-2023, 11:11
    • 191

Asəf Zamir Netanyahuya cavab olaraq istefa verib

İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir istefa verib.

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Onun istefasına səbəb isə baş nazir Benyamin Netanyahunun hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı çıxan müdafiə naziri Yoav Gallantı işdən çıxarması olub.