Deputatın evinin qapısına 1 metrlik divar çəkdilər - FOTO
    • 29-03-2023, 09:48
    • 568

Deputatın evinin qapısına 1 metrlik divar çəkdilər - FOTO

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatının əleyhdarlarının etiraz aksiyası davam edir.

News24.az xəbər verr ki, islahat əleyhdarları Lil şəhərində hakim "İntibah Partiyası"ndan olan deputat Violette Spilleboutun evinin qapısına 1 metrlik divar çəkdiriblər.

Qapının qarşısında da barrikada quran nümayişçilər “Hər kəs Spillebouta nifrət edir” şüarları səsləndirib.

Həmin vaxt deputatın evində qızının olduğu bildirilib. Ünvana gələn polislər divarı uçurub. /NTV Türkiye/

Teymur MƏMMƏDOV