1 dollara aldığı çantanı 7 min dollara satdı
    • 30-03-2023, 11:18
    • 322

1 dollara aldığı çantanı 7 min dollara satdı

ABŞ-ın Şimali Karolina ştatından olan qadın ucuz qiymətə aldığı antikvar çantanın əsl dəyərini öyrəndikdən sonra onu baha qiymətə satıb.

News24.az xəbər verir ki, ABŞ sakini Şandler Vest 2021-ci ilin noyabrında onlayn satışdan 1 dollara aldığı çantanı auksiona qoyub.


Çanta 1920-ci ilə aid olduğu üçün maraq böyük olub. Şandler çantanı alanda içindəki 12 dəyərli daşdan və çantanın lüks marka olmasından xəbəri olmayıb.

29 yaşlı gənc qadın çantanı aldıqdan bir il sonra onun dəyərli olduğunu öyrənib və 7 min 500 dollara satıb.