Məşhur ictimai yayımçı 155 nəfəri İŞDƏN ÇIXARTDI
    • Bu gün, 10:21
    • 578

Məşhur ictimai yayımçı 155 nəfəri İŞDƏN ÇIXARTDI

Britaniyanın ictimai yayımçısı BBC illik qənaət hədəfi olan 700 milyon sterlinqə uyğun olaraq 25-i texniki personal olmaqla 155 nəfərin işdən çıxarıldığını, bəzi proqramların ləğv edildiyini və bəzi bölmələrin bağlandığını açıqlayıb. 

News24.az xəbər verir ki, işdən çıxarılma, ixtisar və bağlanmaların illik qənaət hədəfinə 24 milyon funt-sterlinq təsir edəcəyi, xəbər büdcəsinin 4%-ə uyğun olacağı ifadə edilib.

Efirdən çıxarılan proqramlar arasında BBC-nin 27 illik məşhur “Hard Talk” xəbər proqramı da olub.

BBC Radio gecə 5-də proqramının istehsalı yerli və milli radio işçilərinə təhvil verilib və Asiya Xəbərlər Şəbəkəsinin bölməsi də bağlanıb.

Fərqli ölkələrdə işçilərin sayının artırılmasına qərar verilərkən, Sidneydə yeni vəzifələr açılacağı, Londonda bəzi vəzifələrin ixtisar ediləcəyi bildirilib.

BBC News-un baş icraçı direktoru Deborah Turness qeyd edib ki, qənaət addımlarına baxmayaraq, BBC öz rəqiblərindən daha yaxşı resurslara malik olmağa davam edəcək.

Günel Məlikzadə