Hindistanda məbəddə bədbəxt hadisə - 35 nəfər öldü
    • 31-03-2023, 14:15
    • 135

Hindistanda məbəddə bədbəxt hadisə - 35 nəfər öldü

Xəbər verdiyimiz kimi, Hindistanın Madhya-Pradeş əyalətinin İndor şəhərində məbəddə damı çökən quyuya düşərək ölənlərin sayı 35-ə çatıb, 16 nəfər isə yaralanıb.

News24.az
xarici KİV-ə istinadla xəbər verir ki, səlahiyyətlilər quyunun dar girişi və palçıq səbəbindən xilasetmə işlərinin çətinliklə aparıldığını bildiriblər. 140 nəfərlik xilasetmə qrupunun xilasetmə işlərinə cəlb edildiyi deyilib. 

Qeyd edək ki, Ram Navami festivalı zamanı "Beleshwar Mahadev Jhulelal" məbədində köhnə quyunun damının çökməsi nəticəsində insanlar quyuya düşüb. 

Qumral Əliyeva