Gəncədə avtomobil iki piyadanı vurub
    • 1-04-2023, 21:10
    • 285

Gəncədə avtomobil iki piyadanı vurub

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki kişini vurub.

Onlar xəstəxanaya yerləşdiriliblər. /APA/