Azərbaycanda at sahibinin ölümünə səbəb oldu
    • 3-04-2023, 16:58
    • 465

Azərbaycanda at sahibinin ölümünə səbəb oldu

Aprelin 1-dən 2-nə keçən gecə Qazaxda 36 yaşlı İbrahim Süleymanovun öldüyü yol qəzasının təfərrüatı məlum olub.

News24.az xəbər verir ki, İ.Süleymanovu avtomobil vurarkən onun piyada deyil, at belində olması məlum olub. Belə ki, saat 20:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçən 508-ci km-də sürücü 1962-ci il təvəllüdlü Vəliyev Qurbanəli Vəli oğlu idarə etdiyi DAF markalı qoşqulu yük avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirən zaman yola at belində daxil olan 1987-ci il təvəllüdlü Sülüymanov İbrahim Şəmiddin oğlunu atla birgə vurub. Nəticədə İbrahim Süleymanov almış olduğu xəsarətlərdən Qazax RMX-da ölüb.

Hadisə vaxtı atın hürkərək yük maşınının qarşısına çıxması ehtimal edilir. 

Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Taleh BAĞIROV