-
- 29-10-2019, 14:19
- 607
“İnfiniti”dən 69 minlik pul və brilyant OĞURLANDI
Avtomobildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan qardaşlar saxlanılıb.
News24.az Bakı Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus “İnfiniti” markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14000 manat dəyərində 65 karat brilyant qaşların, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10000 ABŞ dolları, 3000 Avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib. Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci Polis Şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir