Bu ölkədə pandemiya bitdi
    • 6-04-2023, 10:34
    • 128

Bu ölkədə pandemiya bitdi

Almaniyada Covid-19 epidemiyası rəsmi olaraq sona çatıb.

News24.az xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax açıqlama verib.

Lauterbax Almaniyanın pandemiya ilə uğurla mübarizə apardığını, epidemiya dövründə ölkə daxilində məktəb və uşaq bağçalarının bağlanmasına ehtiyac olmadığını düşündüyünü, virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin doğru qərar olduğunu bildirib.

Qeyd edək ki, Almaniyada məcburi maska taxmaq aprelin 7-də başa çatacaq.

Qumral Əliyeva