Növbəti dünya ulduzu III Çarlzın tacqoyma mərasimində iştiraka
    • 7-03-2023, 15:06
    • 138

Növbəti dünya ulduzu III Çarlzın tacqoyma mərasimində iştiraka "YOX" DEDİ - FOTO

Avstraliyalı müğənni Kayli Minoq Kral III Çarlzın tacqoyma mərasimi şərəfinə baş tutacaq bayram konsertində iştirakdan imtina edib. 

News24.az xəbər verir ki, bu barədə müğənninin meneceri açıqlama edib. 

Bildirilib ki, həmin vaxt Kayli ölkə xaricində olacaq. 

Qeyd edək ki, 54 yaşlı ulduz adını  həmkarları Adel, Elton Con, "Spice girls", Harri Stayls, Robbi Uilyams, və Ed Shiranın da daxil olduğu imtina siyahısına yazdırıb. /Mirror/

Teymur MƏMMƏDOV