Fazil Mustafa hücumdan sonra ilk paylaşımını etdi
    • 8-04-2023, 09:51
    • 259

Fazil Mustafa hücumdan sonra ilk paylaşımını etdi

Bir müddət əvvəl silahlı hücuma məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa sosisal şəbəkə hesabından paylaşım edib.

News24.az-ın məlumatına götə, paylaşımda deyilir:

“Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!