"Bu il 14 layihə təqdim olunacaq və müxtəlif qrantlar əldə ediləcək" - Nərminə Həsənova
    • 8-04-2023, 11:23
    • 226

"Bu il 14 layihə təqdim olunacaq və müxtəlif qrantlar əldə ediləcək" - Nərminə Həsənova

"Startap Forum" uşaqların və yeniyetmələrin layihələrini təqdim etməyə imkan yaradan bir meydançadır. 

Bu fikirləri News24.az-a açıqlamasında Mini Boss biznes mərkəzinin Bakı təsisçisi Nərminə Həsənova deyib. O bildirib ki, hər il UNEC Biznes məktəbinin şagirdləri öz layihələrini təqdimat şəklində nümayiş etdirirlər.

"Onlar münsiflər heyətinin qabağında çıxış edirlər və tələb olunan maliyyə dəstəyini alırlar. Daha sonra alınan məbləği həmin layihələrin reallaşdırmasına sərf edirlər. İyun ayının 15-də keçiriləcək milli çempionatda artıq hazır məhsul və xidmətlə yenidən münsiflər heyətinin qabağında çıxış edirlər ki, gördükləri işdən danışsınlar. Bu il 14 layihə təqdim olunacaq və müxtəlif qrantlar əldə ediləcək. Qeyd edim ki, keçən ilki qrantların minimal məbləği 400 manat, maksimal isə 5 min manat təşkil edirdi. Həmçinin də, qeyd edim ki, bu ilki layihələrin bir çoxu sosialyönümlüdür. Ümid edirəm ki, hər bir komanda layiqincə öz layihəsini təqdim edəcək və yaxın gələcəkdə istəklərinə nail olacaq".


Qumral ƏLİYEVA