Müəllimə Səadəti əri öldürdü
    • 6-05-2024, 23:20
    • 237

Müəllimə Səadəti əri öldürdü

Samsundan qadın cinayeti xəbəri gəlib.

News24.az xəbər verir ki, yaşayış binasında Adem Çay (48) ilə  boşanma mərhələsində olan həyat yoldaşı Səadət Çay (43) arasında mübahisə düşüb. 

Mübahisədən sonra Adem Çay tapançadan atəş açıb və Səadət Çayı vurub.

Xəbər üzərinə hadisə yerinə tibb və polis işçiləri sövq edilib. Səadət Çayın hadisə yerində öldüyü müəyyən edilib.

Qeyd edək ki, iki uşaq anası olan Səadət Çayın orta məktəbdə ingilis dili müəllimi olduğu öyrənilib.

Günel Məlikzadə