2000 illik papirusun sirri açıldı - Həyatında SEKS olmayanları bu bəla gözləyir
    • 23-07-2018, 15:43
    • 1 618

2000 illik papirusun sirri açıldı - Həyatında SEKS olmayanları bu bəla gözləyir

Ekspertlər 2000 illik tarixə malik papirusun sirrini nəhayət ki, çözə biliblər.

News24.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, alimlər papirusdakı məlumatı tamamilə oxumağa nail olublar. Qədim əlyazmasında qadınlarda seks çatışmazlığı zamanı baş verən xəstəliklər barəsində danışılır, tövsiyələr verilir.

 Qədim həkimin fikrinə görə, həyatında seks olmayan qadınlar isterikadan əziyyət çəkirlər və onlar bu səbəbdən dəli ola bilərlər. 

Alimlərin ehtimalına görə, 2000 yaşlı papirus tanınmış romalı həkim Qalen tərəfindən yazılmış tibbi sənəd ola bilər.

Bu papirus XIII əsrdən bu yana alimlər üçün sirr olaraq qalmaqdaydı. Qalenin fikrinə görə isterika sözü qadın rəhmi mənasını verən isteriya sözündən yaranıb.

Qalen papirusunda seks yoxluğundan əziyyət çəkən qadınlara istəklərini yox etmək üçün müxtəlif sakitləşdirici otlar içməyi və ya ərə getməyi tövsiyə edib.

İlhamə