Qusarda 4 otaqlı ev yandı
    • 8-04-2023, 19:15
    • 266

Qusarda 4 otaqlı ev yandı

Qusar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yuxarı Ləgər kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə və həyətyanı sahədə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.