Qonşunun 1100 toyuğunu qorxutaraq öldürdü, 6 aylıq həbs olundu
    • 10-04-2023, 11:20
    • 137

Qonşunun 1100 toyuğunu qorxutaraq öldürdü, 6 aylıq həbs olundu

Mindən çox toyuğu qorxutaraq öldürən çinli 6 ay müddətinə həbs edilib.

News24.az
xəbər verir ki, hadisə ötən ilin aprelində Hunan əyalətində baş verib.

Moumou Qu adlı şəxs qonşularının onun həyətindəki ağacları kəsib oğurladıqdan sonra onlarla mübahisə edib. Moumou qisas almaq üçün gecələr bir neçə dəfə qonşunun toyuq hininə girib və orada olan quşları qorxudub.

Toyuqlar kişinin fənərinin işığından təşvişə düşüb bir küncdə gizləniblər. Yaranan sıxlıqda 1100 quş ölüb.

Qeyd edilib ki, ilk belə qisasdan sonra 500 toyuq ölüb. Həmin vaxt polis M.Qunu cərimə edib. 

Lakin cərimə Quya mane olmayıb və o, quşları qorxutmağa davam edib. Ölən toyuqların sayı mini keçdikdə, Moumou haqda məhkəməyə şikayət edilib.

Nəticədə çinli bir il sınaq müddəti olmaqla altı ay həbs cəzası alıb.

Qeyd edək ki, Moumou öz əməlindən peşman olub. /CNN/