Hacı Nuran səhhəti barədə DANIŞDI
    • 10-04-2023, 16:11
    • 176

Hacı Nuran səhhəti barədə DANIŞDI

Tanınmış aparıcı hacı Nuran Hüseynov səhhəti barədə danışıb.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən aparıcı səhhətinin pisləşdiyini bildirib:

“Ötən həftələrdə xəstəliyim ağırlaşmışdı. Kəskin ağrılarım var idi. Almaniyada müalicə aldım. Yavaş-yavaş sağalmağa çalışıram. Lakin ağrılarım hələ də var. Dərmanlar qəbul edirəm”.

N.Hüseynov xəstəliyinin ağırlaşmasının səbəbini vaxtında müalicələrə getməməsi ilə əlaqələndirib:
“Bəlkə yenidən getdim. Pandemiya vaxtı gedə bilmədim deyə xəstəliyim irəlilədi. Lakin orada qala bilmirəm. Özümü çox pis hiss edirəm. Özümü stresdən qorumalıyam”.