"Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər" - Prezident
    • 10-04-2023, 17:56
    • 189

"Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər" - Prezident

Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir.

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib.

İki ölkə arasında əməkdaşlığın istiqamətlərinə toxunan dövlətimizin başçısı bildirib ki, əlbəttə, indiki şəraitdə ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir.