Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri TƏYİN OLUNUR? - ÖZÜ AÇIQLADI
    • Bu gün, 14:44
    • 1 501

Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri TƏYİN OLUNUR? - ÖZÜ AÇIQLADI

Mətbuatda yayılan məlumatlara görə, Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyadakı səfiri təyin oluna biləcəyi ehtimal edilir. Xüsusilə, bu təyinatın 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra baş verə biləcəyi qeyd olunur.

Mövzu ilə bağlı ətraflı məlumat almaq məqsədilə News24.az Elmar Məmmədyarovun özü ilə əlaqə saxlayıb. Lakin Məmmədyarov, mövzu ilə bağlı heç bir açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Demokrat.az" saytı yayıb.

Aqil Qarayev