Rusiya ordusunun arsenalına yeni çoxfunksiyalı qırıcı təyyarə daxil edildi
    • Dünən, 23:56
    • 70

Rusiya ordusunun arsenalına yeni çoxfunksiyalı qırıcı təyyarə daxil edildi

İrkutsk Aviasiya Zavodunun istehsalı olan yeni çoxfunksiyalı "Su-30SM2" qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, aviasiya texnikası lazımi yer və uçuş sınaqlarından keçərək xidmət yerinə yola düşüb.

Birləşmiş Aviatikinti Korporasiyasının məlumatında həmçinin o da bildirilir ki, döyüş təyyarələrinin silah tərkibinə bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün yeni yüksək dəqiqliyə malik silahlar da daxil edilib.