Meyiti qonşunun həyətində asılmış vəziyyətdə tapıldı
    • 11-04-2023, 13:04
    • 273

Meyiti qonşunun həyətində asılmış vəziyyətdə tapıldı

Sabirabad rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

News24.az əldə etdiyi məlumata görə, dünən saat 14 radələrində rayonun Şəhriyar küçəsində yaşayan 1964-cü il təvəllüdlü Habil Kərimovun meyiti qonşusu Kamil Əliyevin həyətində ağacdan asılı vəziyyətdə tapılıb.

Habil Kərimovun qonşusunun həyətinə gecə saatlarında daxil olaraq özünü asdığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV