Fransada çökən binada ölənlərin sayı 6-ya çatdı
    • 12-04-2023, 09:48
    • 136

Fransada çökən binada ölənlərin sayı 6-ya çatdı

Fransanın Marsel şəhərində baş verən partlayışdan sonra dağılan 4 mərtəbəli binada həyatını itirənlərin sayı 6-ya yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Marsel prokuroru Dominik Laurens məlumat verib.

O qeyd edib ki, ötən gün ərzində 4 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.