Nazir polkovnik-leytenanta yüksək vəzifə verdi
    • 12-04-2023, 11:26
    • 280

Nazir polkovnik-leytenanta yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Məmmədov vəzifədən azad edilib.

Digər əmrlə A.Məmmədov DİN-in Baş Mühafizə İdarəsinin Quba-Qusar Regional Mühafizə İdarəsinin rəisi təyin olunub.