Sərhəddə baş verənlərin pərdəarxasında kimlər dayanır? – Politoloq DETALLARI AÇDI
    • 12-04-2023, 15:52
    • 249

Sərhəddə baş verənlərin pərdəarxasında kimlər dayanır? – Politoloq DETALLARI AÇDI

“Sərhəddəki toqquşmanın birinci səbəbkarı Ermənistandır. Ermənistan hələ işğalçılıq siyasətindən əl çəkdiyini, “yeni ərazilər üçün yeni müharibə” tezisindən imtina etdiyini açıqlamayıb”. 

Bu fikirləri News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov məsələ ilə bağlı düşüncələrini bölüşüb.

O bildirib ki, tarixən erməni amilinə sərmayələr yatırılıb ki, onlar regionda vəziyyəti gərginləşdirək üçüncü qüvvələrin maraqlarını təmin edən vasitəyə çevrilsin: “Bu nümunə yenə də gündəlikdədir və İrəvan kukla olmaq ehtirasından əl çəkdiyini bəyan etməyib. Deməli, sərhəddə baş verənlərin ilkin mənşəyi elə Ermənistan özüdür. Bu təməl üzərində isə təbii ki, nəhəng maraqlar inşa edilir. 

Hərə binanı öz strateji çərçivələri formasına salmaq istəyir ki, bu zaman regionun təhlükəsizlik atmosferi qara dəliyə salınır. 
Məntiqlə təqsirkarlar siyahısında xeyli adlar çəkmək olar, lakin regiona yaxınlığı və böyük təxibatlar yaratmaq baxımından iki faktor üzərində dayanılır – Rusiya və İran. 

İranla məsələ bəllidir. Rusiyaya gəlincə, Azərbaycan Moskva mərkəzli görüşlərə üstünlük verəndə Qərb, Brüssel mərkəzli danışıqları ön planda tutanda isə Kreml əsəbindən zəncir gəmirir”. 

O bildirib ki, İran Rusiya və Fransa ilə sövdələşmələr çərçivəsində Azərbaycana qarşı strateji müqavimət oxu yaratmaq istəyir: “Həmçinin Qərbin bir parçası olan Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə əl çalır. 

Belə olan təqdirdə, sual edirəm, Azərbaycan hansı addımlar atmalıdır? Birinci növbədə dərin strateji təmkin lazımdır. 

İkinci növbədə isə erməni təxribatlarına mümkün hərbi tətbiqlərlə adekvat cavablar verməkdir ki, üçüncü tərəflərin ermənilərin revanşist resurslarını canlandırmaq üçün manevrləri qalmasın”.