ABŞ-də təyyarəyə lazer tutan şəxs həbs edildi
    • 13-04-2023, 17:20
    • 145

ABŞ-də təyyarəyə lazer tutan şəxs həbs edildi

ABŞ-də Delta Hava Yollarına məxsus təyyarəyə lazer tutaraq sərnişinləri təhlükə ilə üzbəüz qoyan şəxs mühakimə edilib. 

News24.az xəbər verir ki, hadisəni törədən şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.

Minnesota ştatının Roçester şəhərində yaşayan 43 yaşlı Ceyms Link bu ilin yanvarında sərnişinlərin həyatını təhlükəyə atdığını etiraf edib.