Tramp ifadə vermək üçün Nyu-York Baş Prokurorluğuna gəlib
    • 13-04-2023, 21:25
    • 321

Tramp ifadə vermək üçün Nyu-York Baş Prokurorluğuna gəlib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sahibi olduğu “Trump Organization” şirkətində iddia olunan maliyyə fırıldaqçılığı işi üzrə ifadə vermək üçün Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin ofisinə gəlib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bu iş ötən həftə respublikaçıya qarşı irəli sürülən maliyyə fırıldaqçılığı ittihamı ilə bağlı deyil. 2022-ci ilin avqustunda Tramp ştatın baş prokuroru Letisiya Ceymsin rəhbərlik etdiyi istintaq çərçivəsində artıq ifadə verib. O zaman prokurorluğun iclası dörd saata yaxın davam etmişdi.

Keçən ilin sentyabrında Nyu-York ştatının baş prokuroru Trampa, onun övladlarına, “Trump Organization” şirkətinin keçmiş maliyyə direktoru Allen Vaysselberq və onun köməkçisi Cefri Makkoniyə qarşı mülki iddia qaldırıb. İttiham tərəfi iddia edir ki, müttəhimlər 2011-ci ildən 2021-ci ilə qədər olan dövrdə bankları daha sərfəli şərtlərlə kredit verməyə sövq etmək üçün Trampın illik maliyyə hesabatlarında göstəricilərin yüksəldilməsi və azaldılmasını nəzərdə tutan sxemdə iştirak ediblər. Prokurorluq müttəhimləri 250 milyon dollar cərimələmək və respublikaçıya və övladlarına Nyu-York ştatında qeydiyyatdan keçmiş müəssisələrə rəhbərlik etməyi qadağan etmək istəyir.