Bu gün neçə nəfər peyvənd olunub?
    • 15-04-2023, 18:30
    • 370

Bu gün neçə nəfər peyvənd olunub?

Azərbaycanda son gündə koronavirus əleyhinə 137 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 82, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 19, üç və daha çox doza peyvənd edilənlərin sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Bu günədək ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 958 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 400, üç və daha çox doza vaksin vurduranların sayı 3 402 467, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı 266 062 nəfərdir.