Xaçmazda xristianlar Pasxa bayramını QEYD ETDİ
    • 17-04-2023, 16:48
    • 322

Xaçmazda xristianlar Pasxa bayramını QEYD ETDİ

Bütün dünya provaslavları kimi Xaçmazda yaşayan xristian dini icmasının üzvləri də Pasxa bayramını qeyd edirlər.

News24.az xəbər verir ki, Xaçmaz şəhərində yerləşən Nikolay Uqodnuk adına kilsədə baş keşiş ieromonax Qeorqiy Budaqovun iştirakı ilə müxtəlif dini ayinlər icra olunub.

Daha sonra bayram süfrəsi açılıb. Süfrəyə kuliç, boyanmış yumurta və digər bayram nemətləri düzülüb.

Tolerantlığın bariz nümunəsi olaraq 25-ə yaxın etnik azlıq və millətin konpakt yaşadığı Xaçmazda yerli xristianlarla yanaşı, rayonun müsəlman sakinləri də bayram tədbirində iştirak ediblər.

Xatırladaq ki, bayram 7 gün davam edəcək./report.az/