Rusiya: Makronun açıqlamaları təhlükəlidir
    • 3-05-2024, 23:30
    • 302

Rusiya: Makronun açıqlamaları təhlükəlidir

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

News24.az xəbər verir ki, Makronun Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması ilə bağlı suala Peskov belə cavab verib:

"Bu bəyanat çox mühüm və təhlükəlidir. Fransa prezidenti tərəfindən təmsil olunan Fransa yerlərdə Ukrayna məsələsində birbaşa iştirakının mümkünlüyü barədə bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır".

Bu ehtimalı yaxından izlədiklərini bildirən Peskov, bütün məqsədlərinə çatana qədər Ukraynada müharibəni davam etdirəcəklərini vurğulayıb.

Rusiya əsgərlərinin Qərbi Afrikadakı Nigerdəki ABŞ bazasına yerləşdirildiyi xəbərinə işarə edən sözçüsü Peskov, "Müdafiə də daxil olmaqla, müxtəlif Afrika dövlətləri ilə əlaqələrimizi hər sahədə inkişaf etdiririk. Bu dövlətlər və biz bu mövzuda maraqlıyıq. Afrika dövlətləri ilə əlaqələrimizi inkişaf etdiririk. Davam edəcəyik" deyib.

Günel Məlikzadə