Yolun ortasına 200 min dollar səpələndi - VİDEO
    • 18-04-2023, 18:30
    • 324

Yolun ortasına 200 min dollar səpələndi - VİDEO

ABŞ Oreqon Ştat Polisi 38 yaşlı Colin Davis McCarthynin hərəkətli magistral yolunda avtomobilinin pəncərəsindən 200 min dollar atdığını, digər sürücülərin saxlayıb pul yığmağa başladığını bildirib.

News24.az xəbər verir ki, ABŞ-da Colin Davis McCarthy adlı şəxs ailəsinin hesabından pul çıxarıb və onların razılığı olmadan yola səpələyib. İndi ailə pulu tapanlardan geri qaytarmağı xahiş edir.

Heç bir ittiham irəli sürülməyən şəxs polisə yaxşı olduğunu və başqalarına pul hədiyyələri vermək istədiyini deyib.

Hadisə yerinə gələn məmurlar Makkartiyə pul atması nəticəsində təhlükəli vəziyyət yaradan və ya magistral yolu çirkləndirdiyinə görə məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq ediblər. Sonda o, pul səpələməyi dayandırmağa razı olub.
Ətraflı

İnsanlar gecə saatlarına qədər pul axtarmağa davam ediblər.

Polis kapitanı Kayl Kennedinin bildirdiyinə görə, avtomobillərin sıx olduğu şossedə sürücülər dayanıb sürətlə yol boyu səpələnmiş 100 dollarlıq əskinasları götürüblər. O, camaatı maşın sürərkən pul axtarmamağa çağırıb, çünki bu, çox təhlükəlidir və fövqəladə vəziyyətə gətirib çıxara bilər.

Kennedi bildirib ki, məmurlar yolda qalan pulu axtarıblar, lakin heç nə tapmayıblar. /gundem.az/