ABŞ-da Ramazan bayramı rəsmi tətil elan edildi - İlk dəfə...
    • 20-04-2023, 13:32
    • 300

ABŞ-da Ramazan bayramı rəsmi tətil elan edildi - İlk dəfə...

Miçiqan ştatının Dirborn əyalətində Ramazan bayramının ilk günü rəsmi tətil elan edilib.

News24.az
bakupost.az-a istinadən xəbər verir ki, bu haqda əyalətin Livan əsilli meri Abdullah Hammoud açıqlama verib.

O, açıqlamasında qeyd edib:

“İnklüziv və müxtəlifliyə sahib bir işçi qüvvəsinin olduğu Dirborn şəhərində insanların tətillərini və inanclarını müəyyən edirik. Bunu bərabərlik yaratmaq məqsədilə həyata keçiririk. Hər kəs məmnuniyyətlə qarşılandığını və təmsil olunduğunu hiss edir. Bunun sadəcə şəhərin mədəniyyətinə qatğı olacağını düşünürəm”.

Bununla da, ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçiləri Ramazan bayramının ilk günü ödənişli məzuniyyət hüququ qazanacaq. Şəhərdəki rəsmi qurumlar da bayramın ilk günü bağlı olacaq.

Xatırladaq ki, Ramazan bayramı ABŞ höküməti tərəfindən qeyri-rəsmi olaraq tanınıb. Lakin indiyədək rəsmi şəkildə tətil elan edilməyib.