Azərbaycanda dəhşət: Ana üç uşağını dərmanla zəhərlədi
    • 21-05-2024, 23:05
    • 258

Azərbaycanda dəhşət: Ana üç uşağını dərmanla zəhərlədi


Sumqayıtda üçü uşaq olmaqla, bir ailənin dörd üzvü zəhərlənib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib.

Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.