Bakıda qadın özünü binadan atdı
    • 20-04-2023, 15:10
    • 332

Bakıda qadın özünü binadan atdı

Bakıda qadın özünü binadan ataraq intihar edib.

News24.az xəbər verir ki, hadisə dünən gecə saat 22 radələrində Xətai rayonu, Mərkəzi Bulvar küçəsi 4 ünvanındakı binada baş verib. Orada yaşayan, 36 yaşlı Nuranə Nəsib qızı Quliyeva yaşadığı binadan özünü ataraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV