Sudanda toqquşma zamanı Pakistan səfirliyinin binasına güllə atılıb
    • 20-04-2023, 10:21
    • 161

Sudanda toqquşma zamanı Pakistan səfirliyinin binasına güllə atılıb

Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurma zamanı Pakistanın Xartum səfirliyinin binasının güllə atılıb.

News24.az xəbər verir ki, Pakistanın Xartum səfirliyindən verilən açıqlamada səfirlik binasına 3 güllənin atıldığı bildirilib.

Bəyanatda bunun Sudanın diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıdığı Vyana Konvensiyasının açıq şəkildə pozulması kimi qeyd olunub.