Moskvada dördtərəfli zirvə
    • 25-04-2023, 08:16
    • 202

Moskvada dördtərəfli zirvə

Türkiyə, Rusiya, Suriya və İran arasında dördtərəfli görüşlər başlayır.

News24.az xəbər verir ki, bu gün Moskvada 4 ölkənin müdafiə nazirləri və kəşfiyyat rəhbərləri görüşəcək.

Türkiyənin Müdafiə naziri Hulusi Akar qeyd edib ki, görüşlərin bölgədə sülhə töhfə verəcəyi gözlənilir.

"Görüşdən sonra da bəzi müsbət irəliləyişlərin olacağını gözləyirik. Bölgədə sülhə töhfə vermək üçün Türkiyə Nazirliyi olaraq əlimizdən gələni etməyə çalışırıq" - deyə H.Akar bildirib. /NTV Türkiye/