XİN Qarabağla bağlı mühüm xəritə yaydı – FOTO
    • 25-04-2023, 13:14
    • 258

XİN Qarabağla bağlı mühüm xəritə yaydı – FOTO

Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində müəyyən edilmiş və ehtimal olunan kütləvi məzarlıq yerlərinin xəritəsi hazırlanıb.

News24.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviter hesabında paylaşım edib.

XİN sözçüsü 1990-cı illərdə Ermənistanın təcavüzü nəticəsində 719-u mülki şəxs olmaqla ümumilikdə 3890 azərbaycanlının itkin düşdüyünü bildirib.

O qeyd edib ki,  Ermənistan hələ də itkin düşənlər barədə məlumat verməkdən imtina edir.