![Ordumuz OSA-lardan istifadə etdi - Video](/uploads/posts/2023-04/1682490723_osa-1.jpg)
-
- 26-04-2023, 10:12
- 249
Ordumuz OSA-lardan istifadə etdi - Video
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.
Bu barədə News24.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Atış çalışmalarında OSA və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.
Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.