Formula 1 avtomobili ilə işə gedib-gəlmək olarmı?
    • 28-04-2023, 15:54
    • 2 023

Formula 1 avtomobili ilə işə gedib-gəlmək olarmı?

Bakı dünyanın ən nüfuzlu idman tədbirinə sahiblik edir. Tamaşaçıların qarşısından bir göz qırpımında keçən avtomobilləri görən adamların “mən də sürərəm” deməsinə dəfələrlə qulaq şahidi olmuşam. Bəs bu maşınla hər gün işə gedib-gəlmək mümkündürmü?

News24.az avtosfer.az-a istinadən xəbər verir ki,  1 ədəd Formula 1 avtomobilinə xidmət üçün 60-70 nəfərlik komanda formalaşdırılır. Avtomobilin sürüşə hazırlanmasına təxminən 2 saat sərf olunur. Bu avtomobillərdə termostat olmadığından mühərrikə qaynar yağ və antifriz tökülür (100 dərəcə Selsi), bir çox detal əlavə olaraq qızdırılır.

Təkərlər də xüsusi isti çexolda gətirilərək avtomobilə taxılır. Bu maşınların əyləc sistemi çox yüksək temperatura hesablandığı üçün soyuq barabanlarda tormoz çox zəif olur. Mühərrik isə 140 dərəcə temperaturda işləyir. Konstruksiyanı yüngülləşdirmək üçün starter də ixtisara salınır. 
Bir sözlə, göstərilıən prosedurları etmək üçün hər gün böyük bir komanda saatlarla çalışır.  Gündəlik iş rejimində isə bu mümkün deyil. Lakin çarə var.

Avtomobil istehsalçıları insanların maraqlarını nəzərə alaraq Formula göstəricilərinə yaxın olan lüks avtomobillər hazırlayır. Bunların qiyməti isə milyonlarla ölçülür.  Lakin onlar da F1 bolidini əvəz etmir. Çünki təyinat fərqlidir.