Yeniyetmə siçan dərmanı içdi, vəziyyəti ağırdır
    • 29-04-2023, 11:39
    • 225

Yeniyetmə siçan dərmanı içdi, vəziyyəti ağırdır

Qaxda 15 yaşlı qız dərmandan zəhərlənib. 

News24.az
xəbər verir ki,2008-ci il təvəllüdlü Qax rayonu Şotavar kənd sakini, Ayla Bəhram qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 15 yaşlı qızın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan zəhərləndiyi məlum olub. A. Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. /unikal/