Bakıda yarımstansiyadan 12 ton yağ OĞURLANDI
    • 1-05-2023, 13:35
    • 184

Bakıda yarımstansiyadan 12 ton yağ OĞURLANDI

Xəzər rayonunda yarımstansiyadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

News24.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun Qala qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən yarımstansiyaların birindən 12 ton yağ oğurlamağa görə Bakı şəhər sakinləri - S.Hüseynov, E.Kərimov, Ə.Rzayev və Şəmkir rayon sakini V.Məmmədli şübəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.