-
- 1-05-2023, 14:41
- 314
“Təxribatlar artarsa, sülhməramlılar Qarabağdan tez çıxacaq” – Şərh
“Təxribatlar törədilə bilər, ancaq bu, sərhəddə yaradılan keçid məntəqəsi ilə bağlı deyil. Təxribatlar Azərbaycan ərazisində, Qarabağda törədilə bilər. Çünki 10 minə qədər erməni silahlı birləşmələrinin terrorçuları Qarabağda yerləşdirilib. Bu silahlı birləşmələrin böyük əksəriyyəti bilavasitə Rusiyanın Hərbi Əks-kəşfiyyat İdarəsi ilə əlaqəli insanlardır. Ona görə də təxribat törətmək elə böyük bir problem yaratmır”.
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
O bildirib ki, istənilən təxribatın törədilməsi Azərbaycanı vadar edəcək ki, bu silahlı birləşmələri ləğv etsin: “Sərhəd keçid məntəqəsinin quraşdırılmasından sonra atılacaq növbəti addım da bu silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasıdır. Vaşinqtonda baş tutacaq xarici işlər nazirlərinin görüşündə əsas müzakirə predmeti bu mövzu olacaq. Sülh müqaviləsi ilə bağlı yol xəritəsi razılaşdırılacaqsa, fundamental məsələ Qarabağ olacaq. Qarabağ məsələsində də ən vacib strateji addım atıldı. Artıq Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıldı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi”.
O əlavə edib ki, bundan sonra artıq Azərbaycanın ermənilərin yaşadığı digər ərazilərdə suveren hüquqlarını bərqərar etməsi önəmli rol oynayacaq: “İlk addım isə qanunsuz erməni birləşmələrinin ərazidən çıxarılması olmalıdır. Əlbəttə, Rusiya bu məsələdən çox narahatdır. Çünki Rusiyanın bəyan etdiyi kimi növbəti görüş razılaşdırılsa da, görüş Vaşinqtonda baş tutur. Bu isə Rusiyanın oyundan kənar vəziyyətə salındığının bariz göstəricisidir. Əlbəttə, Rusiya buna razı olmayacaq. İstər Azərbaycan-Ermənistan sərhədində, istərsə də Qarabağda müəyyən hərbi təxribatlar törədilə bilər. Çünki Rusiyanın xarici siyasətində prioritetlərdən biri də hər zaman hərbi böhran, gərginlik müstəvisi yaratmaqla özünün vacib geosiyasi amil olduğunu ortaya qoymaqdan ibarətdir.
Yəni belə hərbi təxribatların fonunda dərhal atəşkəsin təmin olunması üçün Rusiya dövriyyəyə girir. Bundan sonra vasitəçiliklə növbəti dəfə iki ölkə arasında görüşü təmin edir. Bu, Rusiyanın ənənəvi siyasətidir. Ona görə də belə təxribatlar gözlənilir. Ancaq bu, o demək deyil ki, təxribatlar uzun müddət Rusiyanın geosiyasi maraqlarına xidmət edəcək. Azərbaycanın birtərəfli qaydada sərhəddə özünün keçid buraxılış məntəqəsini yaratması göstərdi ki, artıq heç kimlə məsləhətləşmədən özünün haqları çərçivəsində müstəqil addım ata bilər. Bu təxribatlar olacaqsa, Rusiyanın sülhməramlı kontingentinin ölkəmizdən çıxması sürətlənəcək”.