Nazir mühafizəçisi tərəfindən öldürüldü - FOTO
    • 2-05-2023, 13:59
    • 157

Nazir mühafizəçisi tərəfindən öldürüldü - FOTO

Uqandanın əmək, məşğulluq və sənaye məsələləri üzrə dövlət naziri Çarlz Okello Enqola paytaxt Kampaladakı iqamətgahında öldürülüb.

News24.az xəbər verir ki, Engolanın mühafizəçisi olan əsgər ona sui-qəsd etdikdən bir neçə dəqiqə sonra silahla özünə atəş açaraq intihar edib.

Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən əsgərin istefada olan hərbçi Engolanı niyə öldürdüyü bəlli deyil.

Əsgərin məhəllədə qışqıraraq havaya atəş açdığını bildirilib. 

Hadisə şahidinin sözlərinə görə, əsgərin uzun müddət maaşını ala bilmədiyi, həyat yoldaşının hamilə olduğu, uşaqlarını məktəbə göndərə bilmədiyini,
nazirin uşaqlarının isə məktəbə getdiyini deyib. /Haber Global/