İlqar Mirzəyevin 50 illik yubileyi tədbiri keçirildi - FOTOLAR
    • 3-05-2023, 17:38
    • 776

İlqar Mirzəyevin 50 illik yubileyi tədbiri keçirildi - FOTOLAR

2023-cü il mayın 3-də saat 11 00 - da Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş “İGİDLİK SİMVOLU – İLQAR MİRZƏYEV!” adlı anım tədbiri keçirilib.

News24.az xəbər verir ki, tədbirdə muzey rəisi e.o. polkovnik Əzizağa Qəni-zadənin məruzəsi, Milli Qəhrəman İlqar Mirzəyevin ailə üzvlərindən anası Gülnarə xanımın, oğlu Elvin Mirzəyevin, döyüş yoldaşları polkovnik-leytenant Mürşüd Babayevin, polkovnik-leytenant Təbriz Kərimovun, polkovnik Xəyyam Məmmədovun, Qarabağ Müharibə Əlilləri, Veteranlar və Şəhid ailələri Yasamal rayon İctimai Birliyinin mətbuatxidmətinin rəisi Pərvanə Amanovanın və digər qonaqların çıxışları dinlənilib.

Tədbirdə Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin qardaşı I Qarabağ müharibəsinin iştirakçısı e.o. polkovnik Rəfael Əsədulov, dayısı oğlu Afdandil
Əsədulov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən polkovnik-leytenant Rüstəm Bədəlov, polkovnik-leytenant Muxtar Mehdiyev, polkovnik-leytenant Emil Səmədov, I və II Vətən Müharibəsi iştirakçıları, yaxın dostları polkovnik Səxavət Əmirov, polkovnik-leytenant Sərdar Rəsulov, mayor Coşqun Əzizov, mayor Taleh Səlimov, kaptan Fizuli Kərimov, kapitan Azər Məhərrəmov, Milli Qəhrəmanlar Birliyinin rəhbəri Ədhəm Məmmədov, qazı Hacı Qəni, Elm və Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf mərkəzinin nümayəndələri, şair, yazıçı,
publisist Gülamayıl İsayeva, Tovuz döyüşləri və Vətən Müharibəsi iştirakçıları,qazilər, həmçinin ali və orta təhsil müəsissələrinin tələbə və müəllim heyəti iştirak edib.

Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə həsr olunan “İlqarı Vətən - İlqar Mirzəyev” adlı sənədli film nümayiş olunub.
2 mindən artıq şəhidimiz haqqında yazılmış mahnıların müəllifi bəstəkar-müğənni Ruslan Səfəroğlunun ifasında Milli Qəhrəman İlqar Mirzəyevə həsr etdiyi mahnı dinlənilib.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Sonda gənc yazar Aynur Ədilin Milli Qəhrəmanımız haqqında növbəti “Atama məktub” adlı kitabı qonaqlara təqdim olunub.