Pop ulduz məcburi hərbi xidmətini başa vurdu
    • 14-06-2024, 22:20
    • 216

Pop ulduz məcburi hərbi xidmətini başa vurdu

Dünyada milyonlarla pərəstişkarı olan Cənubi Koreyanın BTS qrupunun üzvü Kim Seok-Jin hərbi xidmətə yollanıb. Qrupun ən yaşlı üzvü olan Cin 18 aylıq məcburi hərbi xidməti başa vurub.

News24.az xəbər verir ki, pop ulduz çərşənbə günü Cənubi Koreyada məcburi hərbi xidmətini başa vurduqdan sonra pərəstişkarlarını qucaqlayacaq. Seulda səhnə almağa hazırlaşan ulduz aylar sonra pərəstişkarları ilə görüşəcək.

BBC-nin məlumatına görə, müğənni 3 min pərəstişkarını qucaqlamağa razı olsa da, püşkatmada qalib gələn min şanslı Cin fanatı müğənnini qucaqlaya biləcək.

Bundan əlavə, minlərlə insan arasından seçilən 4 min fanat günün sonunda Cinin çıxışını canlı izləyə biləcək.

Məşhur qrupun ən böyük üzvü olan 31 yaşlı Cin 2022-ci ilin dekabrında hərbi xidmətə yollanıb. Cin təlim mərkəzində məşq üzrə təlimatçı köməkçisi vəzifəsində çalışıb. Cin müğənnilik karyerasına ara verən ilk BTS üzvü oldu.

Qrupun 2025-ci ilin iyununda yenidən birləşməsi gözlənilir.

Digər tərəfdən, ulduzun ayrılmasından sonra qrupun fanatları Cinin dönüşü üçün xüsusi dekorasiyalar hazırlayıblar.


Günel Məlikzadə