-
- 14-06-2024, 21:44
- 420
Dünya mediası bu xəbərlə ÇALXALANIR - Milyard dollarlıq kəşfin İLGİNC DETALLARI
Afrika ölkəsi Seneqal rəsmi olaraq neft ölkəsinə çevrilib.
News24.az Musavat.com-a istinadən xəbərinə görə, bu barədə Seneqalda neft qazma işlərinə başlayacaq Avstraliyanın “Woodside” şirkəti açıqlama verib.
Belə ki, bir neçə illik gecikmələrdən sonra şirkət Dakar sahillərində yerləşən Sanqomar dəniz yatağının istismarına başladığını elan edib.
Neft yatağından gündə 120 min barel neft hasilatı olacağı təxmin edilir.
Qeyd edək ki, Sanqomar Dakardan təxminən 100 km cənubda, 780 metr dərinlikdə yerləşir. Yataqda gündəlik hasilatın 100-125 min barel olacağı gözlənilir.
Məlumata görə, Avropa və Asiya bazarlarına uyğun hasil edilən xam neft milli bazarla yanaşı, xaricə ixrac üçün də nəzərdə tutulur. Neftin satışı ölkəyə 30 il ərzində bir neçə milyard dollar gəlir gətirəcək.