Bakıda III Azərbaycan Autizm Festivalı keçirildi - FOTOLAR
    • 3-05-2023, 18:57
    • 435

Bakıda III Azərbaycan Autizm Festivalı keçirildi - FOTOLAR

Bu gün Fəvvarələr meydanında III Autizm Festivalı keçirilib.

News24.az xəbər verir ki, festivalda autizmli uşaqlar və gənclər, ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edib.

Festivalda autizmli uşaqların əl işləri, çəkdiyi rəsmlər və digər bacarıqları nümayiş olunub. Eyni zamanda paytaxtda fəaliyyət göstərən 30-a yaxın autizm və reabilitasiya mərkəzləri də burada fəaliyyətlərini əks etdirən guşələrlə iştirak ediblər. 

Qeyd edək ki, festival Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Pasha Holding, Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.