Naxçıvanda Xarıbülbül əkiləcək
    • 5-05-2023, 11:47
    • 294

Naxçıvanda Xarıbülbül əkiləcək

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti laboratoriyasında Xarıbülbül bitkisi fitosanitar analizlərə cəlb olunub.

News24.az xəbər verir ki,  fitosanitar analizlərin aparılmasında laboratoriya mütəxəssisləri ilə birgə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova da iştirak edib. Analizlər nəticəsində zərərli orqanizmlər aşkar edilməyib.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xarıbülbülün əkilməsi ilə bağlı elmi-tədqiqat işləri aparılacaq, bitkinin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşıb-uyğunlaşmaması dəyərləndiriləcək.

Məqsəd Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Naxçıvan Muxtar Respublikasının florasını zənginləşdirməklə yanaşı, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşatmaq, Azərbaycan ordusunun Zəfər simvolunun nəsildən-nəsilə ötürülməsini təmin etməkdir./apa/