Onlarla bağlı da qərar veriləcək - Cəfəroğlu AÇIQLADI
    • 8-05-2023, 14:29
    • 201

Onlarla bağlı da qərar veriləcək - Cəfəroğlu AÇIQLADI

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır.

Bunu News24.az-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O qeyd edib ki, yüzlərlə məhkumun azadlığa çıxması, ailəsinə qovuşması təqdirəlayiqdir:

“Əfv sərəncamı alqışalayiq bir qərardır. Yüzlərlə məhkumun azad olunmasına, ailəsinə qovuşmasına yalnız sevinmək olar. Sərəncamın verilməsindən sonra Azərbaycanda yüzlərlə ailədə sevinc yaşanıb. Bu siyahının genişlənməsini istərdik. Ola bilsin ki, kimlərsə bundan kənarda qalıb. Hesab edirəm ki, onlarla bağlı da qərar veriləcək. Bununla bağlı bizim tövsiyəmiz olub. Onların içərisində çox az siyasi motivlə həbs olunanlar var. Biz onların adını komissiyaya təqdim etmişik. Çalışacağıq ki, onlar da azad olunsunlar”.

Turan