Gözlərimə inana bilmirəm ki, Prezident 9 il 9 ayımı bağışladı — Əfv edilmiş məhkum
    • 8-05-2023, 15:52
    • 262

Gözlərimə inana bilmirəm ki, Prezident 9 il 9 ayımı bağışladı — Əfv edilmiş məhkum

Gözlərimə inana bilmirəm ki, cənab Prezident İlham Əliyev 9 il 9 ay cəzamı bağışladı.

News24.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan məhkum Nüsrət Qurbanov deyib.

O, bildirib ki, Cinayət Məcəlləsinin 274-cü(Dövlətə xəyanət) maddəsi ilə 15 il 9 ay azadlıqdan məhrum edilib.

"6 ilini yatmışam 9 il 9 ay cəzamı çəkilməmiş hissəsindən azad edildim. Sanki yenidən doğulmuşam. Bu sevinci mənə yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Gözləmədiyim halda məni əfv etdi və azadlığıma, ailəmə qovuşdurdu".

Xatırladaq ki, Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.