-
- 10-05-2023, 12:53
- 281
Ərdoğan böyük plana qarşı - Bu ölkə Türkiyədə qanlı təxribata hazırlaşır
“Kılıçdaroğlu seçkidə məğlub olsa, bütün məlumatlar Narıncı üsyana işarə edir”.
News24.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek 14 may seçkiləri öncəsi baş verənlərə münasibət bildirərkən deyib.
O bildirib ki, ABŞ Narıncı inqilabı başlatmağa hazırlaşır. ABŞ dərin dövlətinin məqsəd və strategiyasından danışan Perinçek qeyd edib ki, bu prosesi Ankaradakı gizli qərargah planlaşdırır və idarə edir.
Türkiyənin “Yeni Akit” qəzeti yazır ki, prosesin məqsədi və ümumi strategiyası 2020-ci ilin yanvarında ABŞ dərin dövləti tərəfindən bütün dünyaya açıqlanıb. Söhbət “Rand Corporation”-ın “Türkiyədə Milli Dalğanın Yükselişi” adlı 276 səhifəlik məşhur hesabatından gedir. Bu hesabatda ABŞ-ın dərin dövləti Rəcəb Tayyib Ərdoğanı kənarlaşdırmaq məqsədini açıqlayıb.
Məqsədə çatmaq üçün istifadə olunacaq qüvvələr CHP, İYİ Partiya, bəzi mühafizəkar qruplar və qeyri-hökumət təşkilatları olaraq müəyyən edilib. Bu qüvvələr altılı masada birləşdi və Ərdoğanı devirmək planı həyata keçirildi. ABŞ prezidenti Bayden seçki çıxışında və “New York Times” qəzetinə verdiyi açıqlamada dərin dövlətin hədəfini və planını təkrarlayıb.
Seçkilərdə “qan gölü” ssenarisi
ABŞ Dövlət Departamentinin yarı rəsmi orqanı olan “Foreign Policy” jurnalı 1 yanvar 2023-cü il tarixli sayında Türkiyə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması prosesində ölkənin “qan gölü”nə dönəcəyini bildirib.
Almaniyanın ən çox satılan jurnalı “Stern” 26 yanvar 2023-cü ildə Ərdoğanın şəklinin altına “Brandstifter” (Alovlandıran) yazaraq üz qabığını dərc edib.
Narıncı inqilab planını həyata keçirən qərargah və onun alətləri
Bütün məlumatlar göstərir ki, Kılıçdaroğlu seçkidə uduzsa, ABŞ Narıncı inqilaba cəhd təşkil edəcək. Dünya ictimai rəyinin Soros kimi sxemləri daha əvvəl eyni ssenari Ukrayna, Gürcüstan kimi ölkələrdə də yaşayıb.
Plan Ankarada yaradılmış qərargah tərəfindən həyata keçirilir. Bu Qərargahı 6 mart 2023-cü il tarixində ictimaiyyətə elan edilib. Fevralın sonunda stadionlarda “Tayyib Ərdoğanın istefası” aksiyalarını təşkil edən və idmansevərləri təhrik edən də məhz gizli qərargah olub. İddia olunur ki, Meral Akşenerin yenidən altılı masaya qayıtmasına da bu qərargah təsir edib. Gizli Qərargah öz fəaliyyəti ilə özünü ifşa edib. İndi bir çox media orqanı və köşə yazarları qərargahdan xəbərlər verməyə başlayıblar.
Planın alətlərinə gəlincə, onlar artıq ABŞ-ın dərin dövlət hesabatında açıqlanıb. İddia olunur ki, baş rollarda Meral Akşener, Ekrem İmamoğlu və Kılıçdaroğlu görünür.
“Tayyib Ərdoğan hakimiyyəti əldən verməyəcək” mövzusu Narıncı inqilabın əsas təbliğat mövzusudur. “Rand Corporation” hesabatında qeyd olunub ki, PKK və HDP və onun nəzarətində olan Yaşıl Sol Partiya planın əvəzsiz hissələri və ən mühüm alətidir.
Turan